Təhsil Nazirliyindən hicaba qadağa
21-09-2012, 10:30
Oxunub: 5 630
Onları dərsə buraxmayacaqlar
Yaxın bir neçə ilə qədər ölkəmizdə şagirdlər sərbəst olaraq, hətta hicabla məktəbə gəlib dərslərdə iştirak edə bilirdilər. İki ildən artıqdır ki, hicabla gələn şagirdlər dərsə buraxılmır. Buna da səbəb məktəblərdə vahid məktəbli formasının tətbiq olunmasıdır. Təhsil Nazirliyinin verdiyi qərara əsasən, hər bir şagird vahid məktəbli formasında məktəbə gəlməlidir.
Maraqlıdı, yeni tədris ilində də hicab qadağası varmı? Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, şagirdlərin hər biri məktəbli formasında dərsə gəlir: “Verilən qərar qüvvədədir, hər bir şagird vahid məktəbli formasında dərsə gəlir. Şagirdlərin hicabla dərsə gəlməsinə icazə yoxdur. Məktəblərin hər birində də şagirdlərin məktəbli formasında dərsə gəlməsi davam etdirilir”.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov da məsələyə münasibət bildirərkən qeyd edib ki, ötən il olduğu kimi, yeni tədris ilində də şagirdlər vahid məktəbli formasında dərsə gəlirlər: “Təhsil Nazirliyinin bununla bağlı nizamnaməsi var. Həmin nizamnaməyə uyğun olaraq, hər bir şagird vahid məktəbli formasında dərsə gəlməlidir. Başqa geyimdə, formada dərsə gəlmək qadağandır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər