Azərbaycanda bir gündə 10 nəfər suda boğulub
12-07-2010, 14:45
Oxunub: 8 931
Boğulma faktlarının ikisi Zağulba və Novxanı çimərliklərində, digərləri bölgələrdə qeydə alınıb
Azərbaycanda bir gündə 10 nəfər çimərkən suda boğulublar. Bu barədə “Bolgexeber”e Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, iyulun 11-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Privolnoye kənd sakinləri Fərid Qarayev, qardaşı Nahid və Darılıq kənd sakini Seymur Musayev su anbarında çimərkən boğularaq ölüblər.
İyulun 11-də Nabran qəsəbəsindəki çimərlikdə də ölüm hadisəsi baş verib. Qəsəbə sakini Rəşad Məmmədov suda boğulub. Daha bir suda boğulma faktı Yevlax rayonundakı 11-ci Buxta adlanan ərazidə baş verib. Gəncə şəhər sakini Orxan Musayev Mingəçevir gölündə çimərkən suda boğulub. İyulun 11-də İmişli rayonunun Çaxırlı kəndi ərazisində, rayon sakini Samir Hüseynov göldə çimərkən, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini Yaşar Səfərov "Şirvan" su kanalında, Samux rayonunun Yenikənd kəndi ərazisində Gəncə şəhər sakini Elşən Həsənov Kür çayında, Binə qəsəbə sakini Xəyal Əzizov Xəzər rayonundakı Zağulba çimərliyində, Sumqayıt şəhər sakini Azad Mikayılov Binəqədi rayonundakı Novxanı çimərliyində çimərkən boğulublar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər