Azərbaycan zülmətə qərq oldu
28-09-2012, 08:00
Oxunub: 5 699
Ölkənin böyük elektrik stansiyasını ildırım vurub, Bakıda və respublikanın bir sıra bölgələrində elektrik enerjisi kəsilib
Azərbaycanda böyük elektrik stansiyasını ildırım vurub. Bu barədə Bolgexebr.com-a FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsindən bildiriblər.
Məlumatda qeyd olunub ki, ötən gecə sürən qeyri-sabit hava şəraiti nəticəsində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb.
Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikanın əksər şəhər və rayonlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb. Hadisə nəticəsində İES-də qısamüddətli yanğın da baş verib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
Hazırda İES-in işinin bərpa olunması istiqamətində işlər görülür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər