Təcili tibbi yardım hamı üçün pulsuzdur - Dövlət Agentliyi
16-02-2017, 13:28
Oxunub: 5 118
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi baza zərfində göstərilən xidmətlərin ödənişini pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar üçün tibb müəssisələrinə edəcək
Agentliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım və ilkin səhiyyə xidmətlərindən pilot ərazilərdə - Yevlax rayonunda və Mingəçevir şəhərində rəsmi qeydiyyatı olan və olmayan bütün vətəndaşlar pulsuz istifadə edə bilərlər. İcbari tibbi sığortanın ambulator və stasionar üzrə təqdim etdiyi tibbi xidmətlərdən isə yalnız pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar pulsuz istifadə etmək imkanına sahibdirlər. Bütün tibbi xidmətlərin dəyərini Agentlik tibb müəssisələrinə ödəyir.
Baza zərfində Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri üçün göstərilən tarifləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinə ödəyir.
Məlumat üçün bildirək ki, yanvar ayında Mingəçevir şəhəri üzrə 3955 nəfər, Yevlax rayonu üzrə 924 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətindən istifadə edib. Pilot ərazilərdəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin təkmilləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdə bir sıra addımlar atmaqdadır. Pilot ərazilərin ən müasir və tibbi avadanlıqla tam təchiz edilmiş 6 ambulans avtomobili ilə təminatı və bir sıra müasir, yüksək texnoloji avadanlıqlarla təmin edilməsi buna misal ola bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər