Məmurlarımız nə qədər qazanır?
1-10-2012, 15:30
Oxunub: 5 264
Hakimiyyət orqanlarının saxlanması ilə bağlı xərclərin əsas hissəsi bilavasitə əmək haqlarının ödənilməsinə yönəldilir. “Azadinform” xəbər verir ki, bu barədə İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu açıqlama verib. O, 2012-ci ildə ayrı-ayrı idarəetmə orqanları üzrə ümumi xərclərdən əmək ödənişlərinə ayrılan vəsaitlərə dair maraqlı siyahı təqdim edib.
Siyahıda göstərilir ki, Milli Məclisin əmək ödənişi xərcləri - 12,5 milyon manat (bütün xərclərin 70%-i) təşkil edir. Bundan əlavə:
Prezident Administrasiyasının əmək haqqı xərcləri – 29,6 milyon manat (bütün xərclərin 55,6%-i);
Mərkəzi hakimiyyəti təmsil edən nazirlik, komitə, agentlik və xidmətləri üzrə əmək ödənişi xərcləri – 98,2 milyon manat (bütün xərclərin 61,0%-i);
Rayon və şəhər icra hakimiyyəti orqanları üzrə əmək ödənişi xərcləri -40,9 milyon manatdır (bütün xərclərin 67%-i).
Dövlət qulluqçularının əmək haqqının hazırda qüvvədə olan məbləği ölkə prezidentinin 9 iyul 2008-ci il tarixli sərəncamı ilə müəyyənləşdirilib. Sərəncama əsasən, dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 175 manat, yardımçı vəzifələr üçün 120 manat təşkil edir. Bəzi qulluqçu vəzifələri üzrə maaşların məbləği aşağıdakı kimidir:
Prezident Administrasiyasının rəhbəri – 1900 manat;
Dövlət müşaviri – 1660 manat;
Azərbaycan Prezidentinin İşlər müdiri -1550 manat;
Azərbaycan Prezidenti Katibliyinin rəisi, Prezident Administrasiyasının şöbə müdiri, Azərbaycan Prezidentinin köməkçisi, mətbuat katibi, Protokol xidmətinin rəisi – 1500 manat;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində baş məsləhətçi –980 manat;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.) – 450 manat;
Milli Məclisin, Nazirlər Kabinetinin və Hesablama Palatası Aparatının rəhbəri – 1550 manat;
Milli Məclisin işlər müdirinin müavini – 900 manat;
Mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbəri, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru - 900 manat;
Nazirliklərin, dövlət komitələrinin aparat rəhbəri – 800 manat;
Milli Məclisin, Nazirlər Kabinetinin və Hesablama Palatasının Aparatında baş məsləhətçisi – 745 manat;
Nazirliklərin və dövlət komitələrinin aparatlarının şöbə müdirləri – 692 manat;
Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyəti başçılarının müavinləri – 665 manat;
Əhalisi 50 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçılarının müavinləri – 590 manat;
Əhalisi 50 min nəfərdən az olan rayonların icra hakimiyyəti başçılarının müavinləri – 515 manat;
Rayon tabeliyindəki şəhərlərdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri – 195 manat;
Qəsəbə və kəndlərdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri – 192 manat;
Vəzifə maaşlarından savayı, qüvvədə olan qanunvericilik dövlət qulluqçularına müxtəlif əlavələrin verilməsini nəzərdə tutur. Həmin əlavələrə daxildir:
“Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Qanuna əsasən dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmində yerli əmsal müəyyən edilir.
Ölkə prezidentinin 28 yanvar 2002-ci il, 665 saylı Fərmanına əsasən, məmurlara qulluq stajına görə əlavələr verilir. Belə ki, 1 ildən - 5 ilədək stajı olanlara aylıq vəzifə maaşının 5%-i, 5 ildən - 10 ilədək olduqda 10%-i, 10 ildən - 15 ilədək olduqda 20%-i, 15 ildən yuxarı olduqda isə 30%-i həcmində qulluq stajına görə əlavələrə tətbiq olunur.
Ölkə prezidentinin 3 sentyabr 2001-ci il, 569 saylı Fərmanına əsasən, məmurlara ixtisas dərəcələrinə görə əlavələr verilir. İxtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçularına hər ay aşağıdakı məbləğdə (manatla) vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir:
1. Həqiqi dövlət müşaviri – 65 manat;
2. 1-ci dərəcə dövlət müşaviri – 60 manat;
3. 2-ci dərəcə dövlət müşaviri – 58 manat;
4. 3-cü dərəcə dövlət müşaviri – 56 manat;
5. Dövlət qulluğunun baş müşaviri – 46 manat;
6. Dövlət qulluğunun müşaviri - 44 manat;
7. Dövlət qulluğunun kiçik müşaviri - 42 manat;
8. 1-ci dərəcə dövlət qulluqçusu – 38 manat;
9. 2-ci dərəcə dövlət qulluqçusu – 34 manat;
10. 3-cü dərəcə dövlət qulluqçusu - 30 manat;
11. Kiçik dövlət qulluqçusu – 26 manat;
12. Dövlət qulluğunun baş referenti – 22 manat;
13. Dövlət qulluğunun böyük referenti – 18 manat;
14. Dövlət qulluğunun 1-ci dərəcə referenti – 16 manat;
15. Dövlət qulluğunun 2-ci dərəcə referenti – 14 manat;
16. Dövlət qulluğunun 3-cü dərəcə referenti – 12 manat;
17. Dövlət qulluğunun kiçik referenti – 10 manat.
Millət vəkillərinə aylıq vəzifə maaşları “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən müəyyən edilir. Hazırda deputatların əmək haqqı aşağıdakı kimidir:
Milli Məclisin sədri - 1950 manat;
Milli Məclis sədrinin birinci müavini – 1755 manat;
Milli Məclis sədrinin müavini – 1657,5 manat manat;
Milli Məclisin komitə və komissiya sədri – 1560 manat;
Milli Məclisin komissiya sədrinin müavini -1462,5 manat;
Milli Məclisin deputatı – 1360 manat.
Aylıq vəzifə maaşlarından savayı, millət vəkillərinə deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ödənilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər