BTƏ-də partlayış baş verib
4-10-2012, 07:45
Oxunub: 5 003
BOTAŞ-a məlumat verilərək qaz kəsilsə də, kəmərdə qalan qazın axışı uzun müddət davam edib
Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış meydana gəlib. “İhlas” xəbər agentliyinin (İHA) məlumatına görə, hadisə kəmərin Sarıqamış vilayətinə bağlı Yağbasan və Çatak kəndləri arasındakı hissəsində baş verib. Faktla bağlı məlumat verən rayon rəhbəri Turan Ermiş hadisənin yerli vaxtla saat 20.30-da (Bakı vaxtıyla 22.30) meydana gəldiyini, hər hansı bir yanğın hadisəsinin baş vermədiyini deyib.
Turan Ermiş hadisənin hansı səbəblə meydana gəldiyinin bilinmədiyini, ərazinin meşəlik olması səbəbilə hər hansı yanğın ehtimalına qarşı bölgədə təhlükəsizlik tədbirləri görüldüyünü deyib.
Qeyd edək ki, hadisə barədə BOTAŞ-a məlumat verilərək qaz kəsilsə də, kəmərdə qalan qazın axışı uzun müddət davam edib.
Xatırladaq ki, bu il may ayının 29-da Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Qars vilayəti Sarıqamış rayonundan keçən hissəsində partlayış baş vermiş, bu səbəblə meydana gələn yanğının alovu 100 metr hündürlüyə qədər yüksəlmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər