BolgeXeber.Com » Sosial » SSRİ dövründə ev növbəsində duranlara xoş xəbər

SSRİ dövründə ev növbəsində duranlara xoş xəbər

5-10-2012, 07:35
Oxunub: 5 293 Səbirli olmağınızın bəhrəsini torpaq şəklində görmək ehtimalınız var

Sovet dövründən pulsuz mənzil almaq sevincini yaşamaq üçün illərdir növbəyə duran vətəndaşlara xoş müjdə var. Səbirli olmağınızın bəhrəsini mənzil olmasa da, torpaq şəklində görmək ehtimalınız var. Artıq bu haqda aidiyyatı qurumlarda konkret işlərin görülməsinə statr verilib.
Sovet İttifaqının dağılması uzun müddət ev növbəsində dayanaraq pulsuz mənzilə sahib olmaq istəyənlərin necə deyərlər ümidini boşa çıxardı. 30-35 il mənzil növbəsində duran vətəndaşların saç-saqqalı ağardığı bir vaxtda bir ümid işığı yana bilər. Düzdür, onlar Sovet dövründəki kimi pulsuz mənzillərlə təmin olunmayacaq, amma nəzərdə tutulan yeni bir mexanizmdən yararlanmaq mümkündür. Təbii ki, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında baş Kollektiv Sazişinin “Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması” haqqındaki bəndlər işləyərsə. AHİK-nin sədri Səttar Mehbalıyev bu bəndin həyata keçməsi üçün lazımi işlər görüldüyünü bildirib.
İqtisadçı-ekspert Vüqar Bayramov dövlət torpaq sahələrinin vətəndaşlara verilməsi mexanizminin həyata keçməsini daha mümkün hesab edir, nəyinki, onlara pulsuz mənzillərin verilməsini. Çünki, yeni mənzil, onu inşa etmək daha böyük xərcdir. Bu isə ölkənin bu gününkü büdcəsi və iqtisadiyyatı üçün münasib deyil. Ekspert onu da bildirib ki, xarici təcrübədə yaşayış binaları tikilərək kredit şəklində vətəndaşlara verilir. Onlar isə hər ay çox az ödəniş etməklə, həmin mənzillərə sahib olurlar. Necə ki, qonşu Türkiyə belə bir sistemdən istifadə edib. Qardaş ölkədə 2 otaqlı mənzilə sahib olmaq istəyən aztəminatlı ailələr ayda 70 dollar ödəyərək yeni mənzillərə sahib olur. Məsələnin ötən il parlamentdə müzakirə olunduğunu, lakin sonra qüvvəyə minmədiyini deyən ekspert bu gün buna bənzər bir sistemin Azərbaycanda da işləməsini məqsədəuyğun hesab edir.
Hər halda yeni mexanizim tezliklə işə düşər, ən azından evsiz vətəndaşların sağlam rifahı üçün.