Sabirabadda gülməli vəziyyət
9-10-2012, 07:50
Oxunub: 5 163
Yağış sularını axıtmaq üçün kanal qazılan zaman yerin altından ikincisi çıxdı
Sabirabad rayonunda həyata keçirilən abadlaşdırma və yenidənqurma işləri yaşayış məntəqəsinin mərkəzin döyüş meydanına çevririb. Bolgexeber.com TİA.AZ-a istinadən xəbər verir ki, yerli İcra Hakimiyyətinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin uzanması əhalidə narazılıq yaratmaqla yanaşı, yolları da keçilməz edib.
Lakin Sabirabadda aparılan işlər zamanı gülməli bir hadisə baş verib. Bu yolların kənarlarını qazaraq, yağış sularının axıdılması üçün kanal çəkilməsi zamanı məlum olub. Belə ki, həmin kanalı qazan zaman yerin altından eynisindən çıxıb. Məlum olub ki, heç də uzaq olmayan keçmişdə Sabirabadda bu cür kanal qazılıbmış.
Rayon sakinlərinin bununla bağlı yaydığı fotoşəkillərdən də aydın görünür ki, kanalların sayı ikidir. Və onlardan biri keçmiş icra başçısının dönəmində salınıb. Amma yeni icra başçısı köhnəni nəzərə almadan ikincisinin çəkilməsi prosesini dayandırmayıb.
Qeyd edək ki, belə bir addım büdcə pullarının silinməsi üçün düşünülmüş planın tərkib hissəsi kimi qəbul edilir. Sabirabadlılar hesab edirlər ki, hər gələn yeni icra başçısı bu cür addımlar atmaqla «qaz vurub, qazan doldurmaq» istəyirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər