BolgeXeber.Com » Sosial » “Pensiya artacaq”

“Pensiya artacaq”

10-10-2012, 15:40
Oxunub: 5 691 Amma nə qədər?

Gələn il Azərbaycanda əmək pensiyalarının həcminin artımı gözlənilir. Bolgexeber.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. O, deyib ki, gələn il yanvarın 1-dən 2012-ci ilin inflyasiyasına uyğun olaraq pensiyaların sığorta hissəsi indeksləşdiriləcək: “Bu gün baş verən proseslər göstərir ki, sosial sığorta üzər ödənişlərin həcmi dinamik artır. Bu, pensiyaların baza hissəsinin maliyyə mənbələrinin formalaşdırılması üçün zəmanət yaradır və bu, 2013-cü ildə pensiyaların baza hissəsinin artması haqqında danışmağa əsas verir. Artım DSMF-nin cari ilin yekunları üzrə gəlirlərinin nə qədər artacağından asılı olacaq”.

S. Müslümov həmçinin bildirib Ki, Azərbaycanda pensiyaçıların 99.14 faizi pensiyanı kartla alır.
Hazırda pensiyanın baza hissəsi 85 manatdır.