Ötən gün 6 zəlzələ baş verib, dağıntılar var
15-10-2012, 08:10
Oxunub: 5 307
Alimlər zəlzələlərin davam edəcəyini bildirir
Ötən gün Azərbaycanda 6 zəlzələ baş verib. Bolgexeber.com-un AMEA Respublika Seysmoloji Xidmət Mərkəzienin internet saytına istinadən verdiyi məlumata görə, ən güclü zəzlzələ Balakəndə qeydə alııb.
Oktyabrın 14-ü saat 15.08-də Zaqataladan 31 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhədində qeydə alınan zəlzələnin dərinliyi 6 km olub. Zəlzələ 4 bal maqnitudada hiss olunub.
Saat 15.13-də baş verən ikinci təkan Zaqataladan 28 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhədində qeydə alınıb. Zəlzələ Zaqatala, Balakəndə 6 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax və Qəbələdə 3-5 bal gücündə hiss olunub. Bəzi tikililərdə dağıntılar var.
Saat 15.19-da Zaqataladan 23 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhədində növbəti zəlzələ baş verib. Zəlzələnin maqnitudası 3.40, dərinliyi 4 km olub. Zəlzələ hiss olunmayıb.
Saat 15.19-da Lerik rayonundan 23 km şərqdə də zəlzələ baş verib. Zəlzələnin maqnitudası 3.20, dərinliyi 10 km olub. Zəlzələ hiss olunmayıb.
Saat 17.09-da Zaqataladan 23 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhədində yenidən zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.00, dərinliyi 9 km olub. Zəlzələ hiss olunmayıb
Saat 20.40-da Zaqataladan 25 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhədində baş verən növbəti təkanın maqnitudası 3.80, dərinliyi 5 km olub. Zəlzələ episentrdə 5, Zaqatala və Balakəndə 4 bala qədər hiss olunub.
“Balakənlə Gürcüstan sərhədində baş verən zəlzələnin ocağını Zaqatala zəlzələsinin baş verdiyi ocaq oyadıb”. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, Zaqatalada bu ilin mayında baş verən zəlzələ ocağında seysmiklik fon səviyyəsinə düşsə də, bu zəlzələ yaxın rayonlarda olan zəlzələ ocaqlarını oyatmaq gücünə malik olub: “Bu barədə Zaqatalada zəlzələ baş verən vaxt da xəbərdarlıq etmişdik. Zaqatala zəlzələsindən sonra Şəkidə olan ocaq oyandı. Görünür, Şəkidə bu proses daha sürətlə gedib. İndi isə Balakən ərazisində olan ocaq oyanıb. Güclü zəlzələdən sonra belə oyanma qonşu ocaqlarda özünü göstərir. Ümumiyyətlə, Balakən ərazisində tarixi zəlzələ ocaqları var”.
Q. Yetirmişli qeyd edib ki, zəlzələ Zaqataladan 30 km qərbə doğru, Balakənlə Gürcüstan sərhədində baş verib: “12 ballıq cədvəllə episentrdə zəlzələnin gücü 7 bal olub. Balakənin episentrə yaxın kəndlərində dağıntılar var. Zaqatalada əvvəlki zəlzələdən qalan çatlarda genişlənmələr və yeni çatların yaranması da müşahidə olunur. Zaqatala və Balakəndə zəlzələ 6 bal gücündə hiss olunub”.
Baş direktor zəlzələ ocağında afterşokların hələ bir müddət davam edəcəyini deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər