Azərbaycanda abort qadağan olunacaq
18-10-2012, 13:55
Oxunub: 5 608
Selektiv abort həyata keçirən həkimlər cinayət məsuliyyətinə cəlb olunacaqlar
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev Trend-ə bildirib ki, komitənin hazırladığı "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanun layihəsinə ediləcək əlavədə təbii yolla baş tutan hamiləliyin 3 aylığından sonra uşağın cinsinin müəyyən edilməsi ilə bağlı edilən müayinə və selektiv abortlar qadağan olunacaq.
Onun sözlərinə görə, qanun layihəsinə təklif olunan əlavəyə görə, bu müayinəni aparan həkimlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
"Selektiv abortun həyata keçirilməsini valideyn sifariş verir, bu onun arzusu ola bilər. Amma onunla məşğul olan həkimlər var ki, məsuliyyət onların üzərində olmalıdır", - Quliyev deyib.
"Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" hazırlanan qanun layihəsində qeyd olunur ki, cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.
"Bu o deməkdir ki, süni texnologiyaların tətbiqi ilə dünyaya uşaq gəlirsə, həmin uşağın cinsini seçmək olmaz. Dünyanın əksər ölkələrində bu qadağalar var. Şərq, müsəlman mentalitetinə görə, hamı oğlan uşağı arzulayır, ona görə demoqrafik proseslərdə müəyyən əngəllər törəyə bilər", - Quliyev bildirib.
Millət vəkili qeyd edib ki, Sosial siyasət komitəsinin iclasında qanun layihəsinin sonuncu müzakirəsi keçiriləcək və Milli Məclisin plenar iclasına təqdim olunacaq. Quliyev deyib ki, bu qanun qəbul olunandan sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq dəyişikliklər də olunacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər