Şeyxin evi başına uçuruldu
30-10-2012, 13:00
Oxunub: 5 193
“Qış Bulvarı”nin daha bir qurbanı; “Məni buradan köçürün…”
“Əhvalım çox pisdir, vəziyyətim ağırdır. Əsəbimdən belimin ağrısı tutub, yeriyə bilmirəm. Xalq artistinin evini başına uçurublar”. Bunu AzNews.az-a xalq artisti Şeyx Əbdül Mahmudbəyov bildirib.
Ə.Mahmudbəyovun sözlərinə görə, hazırda onun yaşadığı evdə quşlar uçur: “Bilmirən necə edim? Evimin içində quşlar uçuşur. Moskvadaydım. Dünən evdən zəng vurublar ki, durma gəl. Gəldim ki, evimin sakinləri ilə bir yerdə quşlar uçuşur. Qalmışam belə, mən necə edim? Başımı soxmağa evim yoxdur. Bu toz-torpağın arasında mən necə yaşayacam? Mənə pul deyil, yaşamaq üçün ev lazımdır. Bu boyda sənətkarın halı ilə bir maraqlanan belə yoxdur”.
Aktyorun bildirdiyinə görə, evi “Qış Bulvarı”nin tikintisi zamanı uçurulub: “Burada “Qış bilvarı” tikirlər. Evimizin yanında batan küçə var. Evim isə tikinti gedən hissənin 6-8 addımlığındadır. Orada ağır işlər görülüb, 3 mərtəbəli bina deformasiyaya uğrayıb, ev nar kimi 4-5 yerdən partlayıb. Qorxuludur, hər an uça bilər. Məni buradan köçürün…”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər