Ziya Məmmədovun qoçuları yenə adam döyüb
1-11-2012, 16:25
Oxunub: 5 488
Baş vermiş xırda qəza davaya səbəb oldu
Noyabrın 1-nə keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində marşrut avtobusu sürücüsü ilə vətəndaş arasında dava düşüb. 8-ci Polis Bölməsindən Bolgexeber.com-a verilən məlumata görə, paytaxt sakini, 1955-ci il təvəllüdlü Zeynalov Rauf Zeynal oğlu baş vermiş olayla bağlı müraciət edib. Şikayətçi bildirib ki, 51 saylı orta məktəbin qarşısında 120 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu onun idarə etdiyi “Mercedes” markalı minik avtomobilini sürtüb. Bundan sonra R.Zeynalov məsələni aydınlaşdırmaq üçün avtobusun sürücüsünə yaxınlaşıb. Lakin tərəflərin söhbəti alınmayıb və avtobusun sürücüsü əsəbiləşərək R.Zeynalovun avtomobilin yan şüşələrini sındırıb. Daha sonra isə o, 57 yaşlı kişini vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Araşdırmalar nəticəsində məlum olub ki, dava salan avtobus sürücüsü Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Eyvazov Balasən İldırım oğludur.
Xuliqanlıq faktı üzrə araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər