AKTC-də yeni təyinat
8-11-2012, 17:00
Oxunub: 5 290
Gökhan Gülər Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin həmsədri oldu
Azərbaycan-Kıbrıs Türk Cəmiyyətində yeni təyinat olub. Quzey Kıbrıs Türk Cümhuriyyəti Prezidentinin mətbuat danışmanı, QKTC-da Azərbaycan dərnəyinin başqan yardımçısı Gökhan Gülər Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin Kıbrıs üzrə həmsədri təyin olunub. Bu barədə Bolgexeber.com-a AKTC-nin Mətbuat Xidmətindən məlumat daxil olub.
Təşkilatın Türkiyə üzrə həmsədri Mehmet Akçayın verdiyi məlumata görə, yeni təyinatda Gökhan Gülərin QKTC-nın tanıdılması istiqamətində yürütdüyü işlər, Türk Dünyası çərçivəsində həyata keçirilən layihələrdə fəaliyyəti və Turançılıq məfkurəsinin təbliğində fəallığı nəzərə alınıb.
Qeyd edək ki, 2012-ci il iyul ayının 20-də təsis toplantısını keçirən təşkilatın Azərbaycan üzrə həmsədri Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli, Türkiyə üzrə həmsədri Mehmet Akçay idi. Təşkilatın Nizamnaməsinə görə həmsədr və ya səlahiyyətli nümayəndə (təmsilçi) olacaq şəxs həmin ölkənin vətəndaşı olmalıdır.
Təşkilatdan verilən məlumata görə, yaxın zamanlarda Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti Bakıda “Rauf Denktaş gecəsi” təşkil edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər