Azərbaycan səmasında "Uçan boşqab" göründü
10-11-2012, 15:30
Oxunub: 5 701
Göyçay səmasında naməlum uçan obyekt görünüb.
APA-nın xəbərinə görə, ötən gecə saat 22:00 radələrində Göyçay rayonu üzərində qeyri-adi formada parıldayan naməlum uçan obyekt müşahidə olunub. Kürə şəklində olan obyekt əvvəlcə çox hündürlükdə işıq saçıb, sonra aşağı enərək şərqdən qərbə doğru hərəkət edib və yenidən yüksəkliyə qalxıb.
Ətrafa güclü işıq saçan obyekt 2 dəqiqə ərzində görünərək gözdən itib. Şahidlər bu müddət səmada sanki diametri 50-60 santimetr olan bir projektorun işıqlandığını, həmin zaman səmanın süd rənginə büründüyünü bildiriblər. Rayon sakinləri naməlum uçan obyektin Göyçay səmasında hərəkətini kamera ilə lentə ala biliblər.
Sakinlər Göyçay səmasında buna bənzər obyektə bu ilin iyununda da rast gəldiklərini və həyəcan dolu anlar yaşadıqlarını bildiriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər