BolgeXeber.Com » Sosial » Türkiyəli iş adamını Bakıda döydülər

Türkiyəli iş adamını Bakıda döydülər

13-11-2012, 10:00
Oxunub: 4 670
Azərbaycanda türkiyəli iş adamı döyülüb.


Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə dünən baş verib. Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Mustafa Karabulut polisə müraciət edərək, işlətdiyi mağazada naməlum şəxsin hücumuna məruz qaldığını və döyüldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.