BolgeXeber.Com » Sosial » "Təzə Bazar" qalmaqalı davam edir

"Təzə Bazar" qalmaqalı davam edir

13-11-2012, 16:10
Oxunub: 5 548 Məmmədağa İbrahimov bir necə gün öncə baş vermiş dava məsələsinə aydınlıq gətirib

Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Təzə Bazar" adlı ticarət obyekti ətrafında qalma qalmaqal davam edir. Bazarın təsiscisi Vaqif Şıxəliyev və Məmmədağa İbrahimov arasında yaşanan gərginlik mətbuatın gündəmindədir.
Avropa.info-ya müraciət edən təsisçilərdən biri, Məmmədağa İbrahimov bir necə gün öncə "Təzə Bazar"da baş vermiş dava məsələsinə aydınlıq gətirib."Vaqif Şıxəliyev Sumqayıt şəhərində MERO-nun rəisi işləyən qardaşı Polad Şıxəliyevin, Lənkəran Regional Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəisi işləyən qardaşı Fizuli Ələkbərovun, oğlu 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevin köməkliyi ilə bazara basqın təşkil etdirib.Bizdə olan məlumata görə, Polad Şıxəliyev hətta Sumqayıt polisindən də bura adam gətizdirib. Eyni zamanda, oğlu Anaraın rəisi olduğu polis idarəsinin işçiləri də basqınçıların arasında olublar.Amma hücumçuların 60 faizi mülki geyimli şəxslər idi. Məhkəmə Vaqif Şıxəliyevin bazara buraxılmaması üçün qərar çıxarıb. Amma Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Xanlar Zeynalov bunu icra etmək istəmir"