BolgeXeber.Com » Sosial » 23 yaşlı gəncin cərrahiyə faciəsi

23 yaşlı gəncin cərrahiyə faciəsi

21-11-2012, 12:30
Oxunub: 4 332 Bu faciəni oxuyan cərrahi əməliyyat üçün həkimə gedərmi?

Azərbaycanda daha bir nəfərin həyatına cərrahiyə əməliyyatı son qoyub. Binəqədi rayonunda yaşayan 23 yaşlı Günel Vüqar qızı Səfərli təxminən 40 gün əvvəl “Oksigen” klinakısınında ginekologiya şöbəsində cərrahi əməliyyat olunub. Bundan sonra xəstə komaya düşüb. Təxminən 32 gün komada olan G.Səfərli həmin klinikadan çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına, oradan isə Mərkəzi Klinik Xəstəxansına aparılıbvə orada dünyasını dəyişib.

Mərhum G.Səfərlinin anası bildirdi ki, qızının başına gələnlər barədə mətbuata yalnız onun 40 mərasimindən sonra məlumat verə bilər: “Yaxşı olar ki, bu barədə “Oksigen” klinikasnının həkimi İlahə xanımdan soruşasınız ki sağlam qızımı niyə öldürüb?”.
Apardığımız araşdırma nəticəsində müəmmalı ölümə qismən də olsa aydınlıq gətirə bildik. Öyrəndik ki, qızını itirmiş ananın günahlandırdığı ginekoloq-cərrah İlahə Quliyevadır və o, artıq “Oksigen” kilinikasında işləmir.
Klinikanın baş həkiminin müavini Lalə Əhmədova saytımıza bildirdi ki, G.Səfərli klinikida İlahə Quliyeva tərəfindən normal əməliyat olunub. Burada həkimin heç bir səhvi olmayıb. Baş həkimin müavini G.Səfərlinin “Oksigen” klinikasında deyil, Mərkəzi Klinik Xəstəxanada öldüyünü bildirib: “Xəstə bizim kilinikaya gəlib, normal əməliyat olunub. Sonra Neftçilər Xəstəxanasına aparılıb, ancaq sonradan Məkəzi Kilinik Xəstəxanaya köçürülüb və orada ölüb. Bu işdə “Oksigen” kilinikası məsuliyət daşımır”.

“Bəs İlahə Quliyeva niyə oksigen klinikasında daha işləmir, işdən çıxarılıb?” sualımıza L.Əhmədovanın cavabı belə olub: “Bunun cavabı mətbuata veriləsi deyil”.

Mərkəzi Klinik Xəstəxananın baş direktoru Kamran Musayev isə “Qafqazinfo”ya bildirib ki, Günel Səfərlinin ölümü ilə bağlı materialların hamısı məhkəməyə verilib: “Artıq işə məhkəmədə baxılır. Məhkəmədə olan işlə bağlı baş həkim olaraq məmim açıqlama verməyimim düzgün olmazdı”.

Qeyd edək ki, “Oksigen” klinikasının nazirlərdən birinə məxsus olduğu deyilir. Həmin nazirin adı da bizə məlumdur. Lakin məsələyə birbaşa aidiyyatı olmadığı üçün həmin nazirin adını çəkmirik.

Yazıda adıçəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq. /“Qafqazinfo”/