BolgeXeber.Com » Sosial » Goranboyda icra başçısını əl-əl axtarırlar

Goranboyda icra başçısını əl-əl axtarırlar

22-11-2012, 11:05
Oxunub: 4 072 "Nizaməddin quliyevi gördüm" deyən yoxdur: Oğlunun işini düzəldir.

Goranboyun icra başçısı Nizaməddin Quliyev müəmmalı şəkildə rayonu tərk edib. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, hazırda icra başçısının harada olduğu bəlli deyil. Mənbə bildirib ki, Nizaməddin Quliyev ötən ayın əvvəlindən yoxa çıxıb. Onu da bildirək ki, icra başçısının müəmmalı şəkildə qeybə çəkilməsi rayonda müxtəlif məlumatların yayılmasına səbəb olub.

Redaksiyamıza rayondakı qaynaqlardan daxil olan məlumatlara görə, Nizaməddin Quliyevin yoxa çıxmasının səbəbi bir müddət əvvəl rayonun mərkəzi xəstəxanasının sabiq baş həkimi Faiq Abdullayevin intiharı ilə bağlı Bakıya çağırılması olub. Digər məlumatlarda isə bildirilir ki, icra başçısı abadlıq adı altında rayona ayrılan vəsaiti qaranlıq məqsədələrə sərf edib. Prezident Administrasiyasında bundan xəbər tutublar. Nizaməddin Quliyev cəzalandırılacağından ehtiyat edərək aradan çıxıb. Başqa məlumatlarda isə deyilir ki, Nizaməddin Quliyev oğlu Ramal Quliyevi Mərkəzi Bankda mühüm vəzifəyə təyin edtdirməsi üçün paytaxta gedib.

Xatırladaq ki, bir müddət əvvəl Nizaməddin Quliyev oğlu Ramal Quliyevi Bakıda vəzifəyə gətirilməsi barədə xəbər vermişik. Məlumatlarda həmçinin bildirilirdi ki, icra başçısı oğlunu artıq vəzifəyə gətirilməsi istiqamətində Bakıda yüksək çinli şəxslərlə danışıqlıqlar apararaq "dabro" da ala bilib. Görünür indi Nizaməddin Quliyev həmin yüksək çinli məmurların haqqını çatdırmaq üçün Bakıya yollanıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
/Dia.az/