BolgeXeber.Com » Sosial » Bakıda sərnişin avtobusu yenə can aldı

Bakıda sərnişin avtobusu yenə can aldı

26-11-2012, 13:05
Oxunub: 5 913 Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır qəza olub.

Bakı Şəhər Baş Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, Maştağa - Zabrat yolunda Rəşid Seyidovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Vüsal Qurbanovun idarə etdiyi “Daewoo” markalı 198 saylı xətt avtobusu toqquşub. Nəticədə R.Seyidov aldığı xəsarətlərdən 3 saylı xəstəxanada ölüb.