BolgeXeber.Com » Sosial » Mühəndis 41 min manatı mənimsədi...

Mühəndis 41 min manatı mənimsədi...

6-12-2012, 12:55
Oxunub: 5 141 "Sumqayıt REŞ" MMC-nin mühəndisi Quliyev Məhəmməd İsmət oğlu vəzifəsindən sui-istifadə edərək 41 min manat vəsaiti mənimsəyib. Bu barədə Bolgexeber.com-a Baş Prokurorluqdan məlumat verilib.

M.Quliyev Sumqayıt şəhərində fəaliyyət göstərən mağazanın icarədarından, quraşdırılmış sayğaca baxış keçirməklə sərf edilmiş enerji məbləğini müəyyən edib, xüsusi hesaba ödəyəcəyi adı ilə 41 min manat alıb.Qanunsuz hərəkətləri ilə bağlı baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Aydınlaşıb ki, M.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətə külli miqdarda ziyan vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israfetmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.