BolgeXeber.Com » Sosial » Balıqçılar yoldaşlarını yeyiblər!

Balıqçılar yoldaşlarını yeyiblər!

8-12-2012, 10:30
Oxunub: 5 880 Adam əti ilə qidalandılar... Rusiyanın Sibir bölgəsində bir müddət əvvəl xilas edilən itkin düşmüş iki balıqçının həyatda qala bilmələri üçün yoldaşlarını öldürüb yedikləri iddia olunur. İddiaya görə, 3 aydır mənfi 30 dərəcədə həyat mübarizəsi aparan 37 yaşlı Aleksandr Abdullaev və 35 yaşlı Aleksey Qradulenko yoldaşları 47 yaşlı Viktor Komarovu yeyiblər.

Bu iddiaların irəli sürülməsinə səbəb öldürülən balıqçı Viktor Komarovun parçalanmış cəsədinin və qanlı pencəyinin polis tərəfindən müayinə edilməsi olub.

Dördüncü bir balıqçının isə hələ də itkin düşdüyü, onun da aç qalan iki balıqçı tərəfindən öldürülmüş olacaqına dair ehtimallar var. Ancaq xilas edilən iki balıqçı cinayət iddialarını rədd ediblər.