BolgeXeber.Com » Sosial » Azərbaycanda sığorta agentləri bazarında rəqabətin artacağı gözlənilir...

Azərbaycanda sığorta agentləri bazarında rəqabətin artacağı gözlənilir...

9-12-2012, 09:35
Oxunub: 5 538 Namiq Xəlilov : "Bir neçə ildən sonra Azərbaycanda sığorta agentlərinin sayı minlərlə ola bilər". Azərbaycanın sığorta agentləri bazarında rəqabət artacaq. Bu barədə cümə günü Bakıda Sığorta Agentlərinin I Milli Forumunda çıxışı zamanı Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib.

"Bu gün sığorta agentlərinin arasında rəqabət yüksək deyil, ancaq vaxt ötdükcə bu artacaq. Bunun bir sıra səbəbləri var. Əgər bu gün Azərbaycanda sığorta agentlərinin sayı 600-ü ötürsə, bir neçə ildən sonra minlərlə ola bilər", - Xəlilov deyib.

Bundan başqa, sığorta qanunvericiliyinə dəyişikliklərdən sonra internet və mobil rabitə vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin satışı başlanacaq ki, bu da sığorta agentlərinin biznesinə təsir edəcək. Onun sözlərinə görə, məsələn, Latviyada bu polislərin 70 faizi internet vasitəsilə satılır.

"Bundan başqa, bankların da rolu artacaq. Buna görə də bazarda öz mövqelərinin saxlanılması üçün sığorta agentləri öz üzərilərində işləməli, öz peşəkar səviyyələrini yüksəltməlidirlər. Satışların bu kanalının üstünlüyü ondan ibarətdir ki, insanlar polisin əldə edilməsi ilə yanaşı, məsləhətlər, tövsiyələr və s. almaq istəyirlər, lakin lazımi xidmətin göstərilməsi üçün sığorta şirkətləri buna hazır olmalıdır", - Xəlilov bildirib.
Milli.Az