Azərbaycanlılara hansı işlər maraqlıdır?
9-12-2012, 10:10
Oxunub: 5 615
«Azərbaycanda iş axtarışı zamanı ixtisas əsas amil deyil».
Bolgexeber.com Day.Az-a istinadən bildirir ki, bunu «Эхо» qəzetinə Vətəndaşların Əmək Hüququnun Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib.
«Əgər əhali arasında sorğu keçirilsə, aydın olar ki, çoxları öz ixtisasları üzrə işləmirlər. Ancaq bunu əsas şərt hesab edənlər də tapılacaq. Əgər başqa bir sferada yaxşı iş varsa, bizim vətəndaşlarımız bunda problem görmürlər», - sədr bildirib.
Bu arada Jobs.Day.az tədqiqat mərkəzi öz respondentləri arasında sorğu keçirib. Bakılıların əksəriyyətinin fikrincə, yaxşı vəzifə, 1000 AZN-dən yuxarı maaş və 9:00-dan 18:00-dək iş qrafiki ən ideal işdir. Onlar hesab edirlər ki, belə iş yeri yaşayış yerindən ən uzağı 30 dəqiqə aralıda yerləşməlidir. O, yalnız maraqlı olarsa, ixtisasın əhəmiyyəti yoxdur. Kollektiv isə 5 nəfərdən artıq olmamalıdır.
Rəyi soruşulanların 40%-i öz sahəsi üzrə 5 il təcrübəyə malikdir. 14%-in iş təcrübəsi 3-5, 18%-in - 3 ilə qədər, 14%-in 1 ildən azdır. 14% isə «başqa» cavabını seçib.
İş axtaranların ən aşağı əmək haqqı tələbi 500-1000 AZN arasındadır. Əməkhaqqı iş təcrübəsilə düz mütənasib olaraq artır. Məsələn, respondetlərin arasında 5 il iş təcrübəsi olanların 50%-i 1000 AZN-dən artıq maaşa iddia edir.
Cinsindən asılı olmayaraq respondentlərin əksəriyyəti xırda, amma yaxşı maaş verən şirkətdə işləmək istərdi. Bu o deməkdir ki, şirkətin prestiji əməkhaqqına «uduzur».
«Başqa variant» qrafasına isə bu şərtlər aid edilir: xırda firmada yaxşı əməkhaqqı ilə iş, yaxud şəxsi biznes; ideal variant - iri şirkət, yaxşı vəzifə, yaxşı maaş (2000 AZN-dən yuxarı) və müxtəlif restoran, sağlamlıq kompleksi və s.-də xeyli üstünlük, güzəşt və bonus; xırda firmada, ortabab vəzifədə, orta maaş; normal imicli şirkətdə yaxşı iş, yüksək əməkhaqqı; vəzifənin əhəmiyyəti yoxdur, maaş görülən işə, vəzifələrə və məsuliyyət dərəcəsinə uyğun olmalıdır; yaxşı kollektiv və ədalətli başçı kifayətdir; xırda, ancaq stabil firma, heç olmasa, olduğu şəhərdə tanınsın; iri şirkət, yüksək maaş əhəmiyyətli deyil, əsas - iş ürəyimcə olsun; əgər xırda firmada yaxşı vəzifədə işləsən, yaxşı təcrübə əldə edə bilərsən, bu isə gələcəkdə insana çox kömək olar, onun əla mütəxəssis kimi yetişməsi üçün zəmin olar.
Respondentlərin əksəriyyəti maraqlı işi monoton işdən yüksək tutub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər