Bu gün nadir təbiət hadisəsi olacaq
11-12-2012, 08:00
Oxunub: 5 042
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) astronomlarının dediklərinə görə, "Catalina" layihəsi çərçivəsində aparılan araşdırmalar zamanı dünən aşkarlanmış 2012 XE54 asteroidi Yerdən 224900 km aralıdan keçəcək.
Bu asteroidin ölçüləri təxminən 40 metrdir.
Bolgexeber.com Space-ə istinadən bildirir ki, asteroidin Yerdən uzaqlığı planetimizdən Aya olan məsafədən 2 dəfə azdır.
"Catalina" layihəsi çərçivəsində aşkarlanmış 2012 XE54 asteroidinin mövcudluğunu Macarıstandakı Seqeda Universitetinin rəsədxanası, daha sonra isə Yaponiyadakı Moriyama rəsədxanasının alimləri təsdiqləyiblər.
2012 XE54 kiçik Apollon asteroidləri tipinə şamil olunub. Bu asteroidlər Yer orbitindən kənardakı kiçik planetlər olaraq Günəş sisteminin kənarı ilə hərəkət edirlər.
Bakı vaxtı ilə 21:53-də asteroid yerdən 0,0022 astronomik vahid aralıdan keçəcək.
ABŞ Planetologiya İnstitununun astronomu Paskuale Trikariko bildirib ki, asteroidin planetimizə yaxınlaşması zamanı çox nadir təbiət hadisəsi baş verəcək.
Belə ki, 2012 XE54 Yerin kölgəsindən keçəcək və "asteroid alatoranı" yaşanacaq.
Asteroid Yerin kölgəsinə Bakı vaxtı ilə 06:22-də daxil olacaq, 07:00-da isə kölgədən çıxacaq. Bu zaman o, 13-cü əmsallı ulduz kimi görünəcək.
Yəni asteroidi yalnız teleskop vasitəsilə müşahidə etmək mümkün olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər