BolgeXeber.Com » Sosial » Bu gün hava necə olacaq ?

Bu gün hava necə olacaq ?

11-12-2012, 23:05
Oxunub: 5 137 Dekabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
Bolgexeber.com AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər yağışın tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 6-9, gündüz 9-13 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 90-95, gündüz 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq.
Temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq.
Temperaturun gecə 1-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi, havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 0-5 dərəcə isti, gündüz 6-11 isti dərəcə , dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 2-7 isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq.
Temperaturun gecə 5-9 isti, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.