BolgeXeber.Com » Sosial » Aydın Əliyevin komitəsində şok rüşvət

Aydın Əliyevin komitəsində şok rüşvət

12-12-2012, 12:20
Oxunub: 5 582 Hüquq müdafiəçisi Musa Rahim Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsində şahidi olduğu rüşvət faktı ilə bağlı adı çəkilən qrumun rəisi Fikrət Qədiməliyevə bir neçə gün öncə müraciət etmişdi.

Hüquq müdafiəçisi eksklüziv olaraq avropainfo-ya göndərdiyi müraciətdə rüşvət istənilməsi faktı ilə bağlı əlində video çəklişin olduğunu və bunu yayımlayacağını bildirmişdi.Qeyd edək ki, video görüntülərdə xəstənin ürəyinə qoyulan “stent”in pul verilməyəcəyi halda yenidən əməliyyat olunaraq ürəyindən çıxarılacağı kimi hədələr , vətəndaşdan pul almaq məqsədi ilə təzyiqlərin edilməsi, özünü baş həkim kimi qələmə verən Elman Məmmədovun xəstənin yaxınına" get kurtkanı sat "deməsi və sairə faktlar öz əksini tapıb. Hüquq müdafiəçisinin göndərdiyi video çəkilişi təqdim edirik.

Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.