Dövlət Sosial Müdafiə Fondunun müsabiqəsindən şikayət var
20-12-2012, 14:55
Oxunub: 5 586
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 20 iyun 2012-ci il tarixində DSMF-in 20 illik yubileyinin keçirilməsi ilə əlaqədar “Tədbirlər planı”na uyğun olaraq yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan etmişdi. Şərtlərə əsasən, iştirakçılar DSMF-in fəaliyyət istiqamətlərini özündə əks etdirən loqo işləyib hazırlamalı və 2012-ci ilin sentyabr ayının 15-dək müsabiqə ilə əlaqədar Fondda yaradılmış xüsusi Komissiya təqdim etməli idilər. Birinci yeri tutan qalibə 1000 manat məbləğində pul mükafatı verilməli idi.
Müsabiqəyə qatılan iştirakçılar bildiriblər ki, loqoların qəbulunun son tarixindən üç aydan çox vaxt keçməsinə və artıq 2012-ci ilin başa çatmasına baxmayaraq, qalib hələ də elan edilməyib. Səbəbi isə rəsmi şəkildə heç yerdə açıqlanmayıb. İştirakçılar deyirlər ki, bununla bağlı Fondla əlaqə saxlayanlara heç bir məlumat verilmir. Yalnız bir-iki iştirakçıya uzun sorğulardan sonra məlumat verilib ki, müsabiqəyə qatılanlar tərəfindən təqdim olunan loqoların heç biri Fondun fəaliyyət istiqamətlərini dolğun şəkildə özündə əks etdirmədiyi üçün Komissiya tərəfindən bəyənilməyib və bu səbəbdən müsabiqənin nəticələri elan olunmayıb.
Müsabiqə iştirakçılarının iddiasına görə, Fond tərəfindən atılan bu addım dövlət müəssisələri tərəfindən keçirilən müsabiqə qaydalarına ziddir.
“Əvvəla mətbuatda bu barədə əsaslandırılmış rəsmi məlumat verilməli idi. İkincisi, əgər doğurdan da heç bir loqo bəyənilməyibsə onda iştirakçıların əməyini nəzərə alaraq hər hansı bir həvəsləndirici mükafat təyin etmək olardı. Üçüncüsü, müsabiqənin vaxtını uzatmaq olardı. Dördüncüsü isə təqdim olunan loloqoları DSMF-nin rəsmi saytında yerləşdirib onların hansılarının DSMF-in fəaliyyət istiqamətlərini uyğun olub olmaması barədə ictimaiyyətin fikrini öyrənmək olardı. Bunların heç biri edilmədiyi üçün, müsabiqə iştirakçıları ümid edir ki, DSMF-in rəhbərliyi Loqo müsabiqəsi ilə bağlı məsələlərə yenidən baxacaq, Fondun cəmiyyətdə qazandığı nüfuza və etibara uyğun olaraq ədalətli bir qərar qəbul edəcək”-deyə müsabiqə iştirakçıları bildiriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər