BolgeXeber.Com » Sosial » Bakı küçələrində iyrənc ticarət

Bakı küçələrində iyrənc ticarət

21-12-2012, 07:00
Oxunub: 4 641 Şəhərin mərkəzində vəziyyət bərbaddır

Yasamal rayonu ərazisində küçə ticarətinin baş alıb getdiyi bildirilir. Oxucular yazır ki, metronun “Nizami” və “İnşaatçılar” stansiyalarının qarşısında alverçilərin əlindən tərpənmək olmur. Metronun qarşısında xırdavat mallarından tutmuş, qida məhsullarına kimi yerə tökülərək satılır. Günün qaranlıq vaxtında isə küçə ticarəti geniş vüsət alır. Alverçilərin səs-küyü və yerə tökdükləri malların əlindən həmin ərazidən keçmək böyük problemə çevrilib.
“Nizami” metrosunun ərazisinin sahə müvəkkili Bəxtiyar Həsənov açıqlamasında bildirib: "Biz həmişə küçə ticarətinə qarşı mübarizə aparırıq. Küçə ticarəti aşkarlandıqda isə protokollaşdırırıq. Necə ola bilər ki, metronun çıxışında küçə ticarəti olsun? Mən heç görmürəm. Olanda da bölməyə gətirib protokollaşdırırq”.
“İnşaatçılar” metrosunun ərazisinə nəzarət edən Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi ilə əlaqə saxladıq. Bölmə rəisi Faiq Hüseynov bildirdi ki, küçə ticarətinə qarşı mübarizə həmişə aparılır. Bölmə rəsinin sözlərinə görə, əgər metro çıxışında küçə ticarəti ilə bağlı fakt varsa, tədbir görüləcək.
Onu da əlavə edək ki, küçə ticarəti tək "Nizami", "İnşaatçılar" metrolarının qarşısında deyil, "Neftçilər", "Koroğlu" və "Qara Qarayev", "Xalqlar dostluğu" stansiyalarının qarşısında daha geniş miqyasda davam edir.