BolgeXeber.Com » Sosial » "Qiyamət günü" Bakı məktəblərində vəziyyət necədir?

"Qiyamət günü" Bakı məktəblərində vəziyyət necədir?

21-12-2012, 10:45
Oxunub: 5 238 Bu gün Bakının bütün orta məktəblərində dərslər davam edir

Dekabrın 21-də Bakının bütün orta məktəblərində dərslər davam edir və bəzi məktəblərdə dərslərin ləğv olunmasına dair yayılan məlumatlar əsassızdır. Bu gün də orta məktəblər adi günlərdə olduğu kimi fəaliyyət göstərir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib ki, bu gün orta məktəblər adi günlərdə olduğu kimi fəaliyyət göstərir və hətta bir çox məktəblərdə kurrikulum üzrə açıq dərslər də salınıb.
Qeyd edək ki, "qiyamət günü" ilə bağlı bəzi orta məktblərdə dərslərin dayandırıldığı barədə məlumatlar yayılıb.