Bakı şəhərinin məktəblərində təhlükəsizlik hansı səviyyədədir?
26-01-2018, 12:46
Oxunub: 4 008
Son zamanlar Rusiyanın orta məktəblərində silahlı hücumlar qeydə alınıb ki, bu də onlarla şagirdin xəsarəti ilə nəticələnib. Bundan əlavə, ABŞ-da tez-tez orta məktəblərə silahlı hücumlar edilir, girovlar götürülür, yaralananlar olur
Bakı şəhərindəki məktəblərin təhlükəsizlik məsələsinin hansı səviyyədə olduğunu müəyyənləşdirmək üçün Bakı şəhər üzrə Təhsil İdarəsini müraciət etdik.
İdarə FaktXəbər-in sorğusuna cavab olaraq bildirdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisəsində təhlükəsizliyin təmin olunması məqsədilə mühafizə xidmətinin təşkili DİN-in Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir: “Eyni zamanda, mühafizə xidmətinə ehtiyac duyulan digər təhsil müəssisələrində də BŞTİ tərəfindən monitorinqlər keçirilir və müvafiq tədbirlər görülür.
Bəzi məktəblərdə şagirdlərin və müəllimlərin təhlükəsizliyini təmin etmək üçün valideynlərin təşəbbüsü və razılığına əsasən, özəl mühafizə xidməti fəaliyyət göstərir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin təhlükəsizliyini təmin etmək məqsədilə əksər məktəblərə müşahidə kameraları quraşdırılıb. Təhlükəsizlik kameraları əsasən məktəblərin ərazisini və dəhlizləri müşahidə etmək məqsədlərinə xidmət edir.
Yanğın zamanı təhlükəsizliyin təmin olunması üçün təhsil müəssisələri vaxtaşırı yanğından mühafizə balonları və digər avadanlıqlarla təmin olunur. Həmçinin, yanğın və digər fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə FHN-in əməkdaşları tərəfindən təhsil müəssisələrində mütəmadi olaraq treninqlər və müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir.”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər