Şok! Dəm qazı zəhərlənməsindən qazananlar var
22-12-2012, 10:55
Oxunub: 5 206
Can qurtarmalı olanlar cana qəsd edir
Qışın gəlişi ilə Azərbaycanda dəm qazı zəhərlənmələrinin yenidən aktuallaşdığı hər kəsə bəllidir. Az qala hər gün baş verən analoji olayların bəzisində xəstə ailə üzvləri və həkimlərin müdaxiləsi sayəsində həyata qayıtsa da, bəzi hallarda nəticə daha ağır olur. Dəm qazından zəhərlənmə diaqnozu ilə sənədləşdirilən ölümlərin miqyası bu sahədəki durumun nə qədər acınacaqlı olduğunu göstərir.
Bugünlərdə etibarlı mənbədən Bolgexeber.com-a daxil olan məlumatda bəzi həkimlərin dəm qazı ilə boğulma hallarını gəlir mənbəyinə çevirməsi ilə bağlı şok informasiya yer alıb. Məlumata görə, vətəndaşların çağırışı əsasında mənzillərə yollanan həkimlər xəstənin vəziyyətinə müdaxilə etdikdən sonra xəstə yaxınları ilə əməlli-başlı alverə girişir: “Son vaxtlar dəm qazı ilə boğulma halları ilə bağlı təcili tibbi yardıma ünvanlanan vətəndaş müraciətləri bəzi həkimlər üçün əlavə gəlir mənbəyinə çevrilib. Belə ki, yardım çağırışı əsasında hərəkətə keçən həkimlər xəstəni müayinə edib vəziyyətini stabilləşdirdkdən sonra xəstə yaxınlarına müəyyən sənədləşdirmə proseduru aparmalı olduqlarını bildirir. Ailə üzvlərinə bildirilir ki, onlar dəm qazı ilə bağlı boğulma halları ilə əlaqədar olaraq hökmən polisi məlumatlandırmalıdırlar. Polisin hadisə yerinə gəlişi isə yeni və mahiyyət etibarilə daha ağır sənədləşdirmə proseduru tələb edəcək. Həkimlərin xəstə yaxınlarına verdiyi məlumata görə, polisin hadisə yerinə gəlişi ilə baş verən olayla bağlı əlavə tədbirlər də görüləcək. Dəm qazından zəhərlənməyə səbəb olan soba söküləcək, vətəndaş standartlara cavab verməyən, insan həyatı üçün təhlükə kəsb edən istilik sistemindən istifadə etdiyi üçün cəriməyə məruz qoyacaq. Təbii, proseslərin bu şəkildə inkişafı əksər vətəndaşlar üçün arzuedilməz hesab edilir və buna görə də onlar çağırışa gələn həkimə müəyyən məbləğdə “hörmət” etməklə məsələni birdəfəlik həll etməyə çalışır. Bundan sonra həkim tibbi yardım alan xəstə üçün tərtib etdiyi sənədə onun dəm qazından deyil, hər hansı digər xəstəlikdən əziyyət çəkdiyini, tibbi yardımın da ona bu yöndə göstərildiyini qeyd edir. Beləliklə də, həkimin “humanistliyi” sayəsində ölüm mənbələri aradan qaldırılmamış qalır. Bu isə yeni və ölümcül təhlükələr deməkdir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər