BolgeXeber.Com » Sosial » Sənədsiz evlərlə bağlı əhaliyə xəbərdarlıq

Sənədsiz evlərlə bağlı əhaliyə xəbərdarlıq

25-12-2012, 08:35
Oxunub: 4 620 Vulkanik zonalarda tikilən evlər qanunsuzdur

Azərbaycanın təbii fəlakət zonalarının xəritəsi hazırlanıb. Bunu açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov bildirib. Komitə sədri deyib ki, sözügedən xəritə artıq müvafiq qurumlara da təqdim olunub. Vulkanik zonalarda tikilən evlərin gələcək aqibətinə də toxunan Q.Məmmədov həmin evlərin qanunsuz olduğunu söyləyib.
Onun sözlərinə görə, həmin evlərdə yaşamaq insan həyatı üçün çox təhlükəlidir: “Bu cür hallara ən çox Abşeron ərazisində rast gəlinir.
Buradakı bir sıra sakinlər palçıq vulkanı olan ərazilərdə qanunsuz olaraq evlər tikib yaşayırlar. Həmin evlərin sənədləri mövcud deyil. Onların həmin evlərdə yaşaması ilk növbədə onların həyatları üçün təhlükəlidir”.