BolgeXeber.Com » Sosial » Yasamal bazarını söküb, yerində nəysə tikdilər

Yasamal bazarını söküb, yerində nəysə tikdilər

26-12-2012, 10:20
Oxunub: 4 841 Üçmərtəbəli obyektin dəqiq təyinatı məlum deyil

Bakıda sökülmüş bazarın yerində möhtəşəm tikili inşa olunub. Bolgexeber.com-un məlumatına görə, “Yasamal bazarı”nın yerində inşa olunan üçmərtəbəli tikilnin böyük hissəsi artıq hazırdır. Həmin obyektin ticarət mərkəzi olduğu bildirilir. Yasamal Rayon İcra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdiri İmaməli Mahmudov açıqlamasında bazarın yerində inşa olunan üçmərtəbəli obyektin ticarət mərkəzi olduğunu bildirsə də, dəqiq təyinatının məlum olmadığını söylədi.
Şöbə müdirinin sözlərinə görə, obyektin birinci mərtəbəsinin kənd təsərrüfatı məhsullarının satışı olacağı deyilir. İ.Mahmudov əlavə etdi ki, ticarət mərkəzinin gələn ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.