Leyla Əliyeva xeyriyyə aksiyası keçirib
27-12-2012, 09:20
Oxunub: 4 546
Tədbirlər Rusiyanın 25-dən çox regionunda baş tutub
Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada və Rusiyanın 25-dən çox regionunda Yeni il münasibətilə xeyriyyə aksiyaları keçirilib. Bolgexeber.com-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi valideyn himayəsindən məhrum olmuş və xəstə uşaqlara xüsusi qayğı ilə yanaşır, hər bayram ərəfəsində onları diqqətsiz qoymur.
Bu il də nümayəndəliyin əməkdaşları ənənəyə sadiq qalaraq Yeni il ərəfəsində Rusiya paytaxtının Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzində və bir neçə uşaq evində olmuşlar. Xeyriyyə aksiyası Rusiya Sosial-Mədəni Təşəbbüslər Fondu və Müqəddəs Xilaskar İsa Kafedral Kilsəsinin dəstəyi ilə həyata keçirilib.
Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzi 9 ildir ki, fəaliyyət göstərir. Mərkəzə Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko rəhbərlik edir. A.Pritıko Fondun əməkdaşlarını səmimi salamlayaraq Azərbaycanla sıx şəxsi və elmi əlaqələrinin olduğunu bildirib. Ölkəmizlə bağlı uşaqlıq xatirələrini danışan A.Pritko deyib: “Bakını və Sumqayıtı tez-tez xatırlayıram. Babam Sumqayıtdakı zavodlardan birində çalışırdı. Bu səbəbdən Azərbaycana tez-tez gəlirdim. Azərbaycanlıların səmimiyyətinə və mehribanlığına heyranam”.
Akademik vurğulayıb ki, mərhum prezident Heydər Əliyev dahi insan idi və onun xalqlarımız arasında tarixən dostluq münasibətlərinin qorunub saxlanmasında xidmətləri danılmazdır.
Sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə olunan uşaqlarla görüşüb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın salamlarını və Yeni il təbriklərini çatdırmışlar. Şaxta baba və Qar qız uşaqlara müxtəlif oyuncaqlar, kitablar hədiyyə ediblər.
Moskvanın bir neçə uşaq evində tərbiyə alan balacalar da Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Yeni il hədiyyələrini məmnuniyyətlə qəbul ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər