BolgeXeber.Com » Sosial » Bakıda sərnişin avtobusu ilə bağlı sərnişin gileyi

Bakıda sərnişin avtobusu ilə bağlı sərnişin gileyi

28-12-2012, 01:55
Oxunub: 5 533 Sərnişinlər paytaxtın ictimai nəqliyatındakı sıxlıq problemindən şikayətlənirlər

Metronun “İnşaatçılar“ stansiyasından Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsinə qədər olan vəziyət pisdir. Həmin istiqamətdə işləyən yeganə marşrut 77-dir. İl boyu həmin avtobusda sərnişin sıxlığından maşının qapısı açıq gedir. Ya qapıdan asılaraq getməli, ya da piyada mənzil başına getməlisən.
"Bakı Sərnişin Nəqliyyat" Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov bildirib ki, 77 saylı marşrut xəttinə gün ərzində 19 avtobus buraxılır. Onun sözlərinə görə, 77 saylı marşrut xətti qısa məsafəli olduğundan avtobusların sayını 19-dan artıq etmək olmaz. Çünki avtobuslararası interval 6 dəqiqə təşkil edir. Həmin avtobus çox qısa və asan yolla, yəni metronun “İnşaşatçılar” satnsiyasının yaxınlığından Mətbuat prospektini keçməklə M.F.Axundov bağına kimi gəlir və geriyə qayıdır.