BolgeXeber.Com » Sosial » "Məhkumlar" qış tətilindən geri döndü

"Məhkumlar" qış tətilindən geri döndü

10-01-2013, 12:40
Oxunub: 5 008 Bu gün efirə gedəcək yeni bölümdə nələr baş verəcək?

Qış tətilindən sonra çəkilişlərə start verən “Məhkumlar” serialı davam edir. Azərbaycanın ən sevimli və maraqlı serialına çevrilmiş “Məhkumlar” ATV tele-kanalında hər həftənin 4-cü günü 19:30-da yayımlanır. Şok hadisələrin cərəyanı ilə hər həftə evlərinizin qonağı olan “Məhkumlar” bu həftə daha maraqlı hadisələrlə yaddaşlarınızda qalacaq.
Bolgexeber.com bildirir ki, bu gün efirə gedəcək olan “Məhkumlar” bədii tele serialının 14-cü bölümündə Bəhramın qızı Leylanı oğurlayıb-qaçıran Adil ona öz atasının əsl simasını tanıtdırmağa çalışacaq. Bəzi sirrləri Leylaya açıqlamaya çalışan Adilin istəyinə nail olub -olmaması bu bölümdə açıqlanacaq. Daha sonra Tünzalə bacısı Zərintacın sirrini necəsə öyrənəcək. Zərintacın övladlarından gizlin “xəstəliyi” iki bacının mükəmməl sirrinə çevriləcək. Tünzalənin hiyləgərcəsinə Xuramana yaxınlaşmasının səbəbi, Adil və Yusif birliyinin hansı nəticəyə nail olması, keysin harda və necə istifadə olunması, Bəhramın öz səhvlərinə görə ailəsinin nələrlə üz-üzə gəlməsi – və bu kimi daha maraqlı hadisələrin təsviri dəyişilməz məkanımız ATV-də... “Məhkumlar”ı izləməyi unutmayın !