BolgeXeber.Com » Sosial » Əsgərin ölümü ilə bağlı həbs olunanların sayı 4-ə çatdı

Əsgərin ölümü ilə bağlı həbs olunanların sayı 4-ə çatdı

11-01-2013, 18:15
Oxunub: 4 847 Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı "N" saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı daha iki nəfər saxlanılıb

Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı "N" saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı daha iki nəfər saxlanılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
Məlumata görə, Ceyhun Qubadovun ölüm faktı ilə bağlı açılan cinayət işinin maddəsi başqa maddə ilə tövsif olunub.
Cümə axşam yayılan rəsmi məlumatda bu faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işinin başlandığı bildirilmişdi.
Qeyd edək ki, daha əvvəl Ceyhun Qubadovun ölümü ilə bağlı iki nəfər saxlanılmişdı. Onlardan biri əsgər, digəri isə zabitdir.