«Agrotour» şirkəti məşhur güləşçinin ailəsinə fırıldaq gəlir
12-01-2013, 13:00
Oxunub: 6 616
Turizm şirkəti Güləş Federasiyasının vites-prezidentinin həyat yoldaşı və qaynanasının 3060 manat pulunu alaraq geri qaytarmır
Azərbaycanda fəaliyyət göstərən bəzi turizm şirkətləri fırıldaqçılıqla məşğuldurlar. Bolgexeber.com xəbər verir ki, Qafqazregion.az saytına daxil olan məlumata görə, həmin turşirkətlərin biri qalmaqallı işə qol qoyub və məsələnin üstü açılıb.
Məlumatda deyilir ki, «Argotour» turizm şirkəti Dağıstan vətəndaşları olan Xanna Olnisova və Zümrüd Ömərovanı aldadıb. Belə ki, Dubaya uçmaq istəyən Ömərovalardan 4 gün bundan əvvəl 3060 manat pul alınıb. Onlara bu günlərdə vəd edilib ki, artıq vizaları və biletləri hazırdır. Lakin bu günlər ərzində onlara nə bilet verilib, nə də vizaları hazırlanmayıb. Artıq 4-cü gündür bu şəkildə aldadılan Ömərovalar «Agrotour»dan şikayətçi düşüblər.
Məlumatda deyilir ki, dünən zərərçəkənlər DİN-in 102 xidmətinə zəng vuraraq, turizm şirkətindən şikayət ediblər. Bu zəngdən dərhal sonra 22-ci Polis Bölməsinin əməkdaşları Nizami küçəsi 135 ünvanında yerləşən «Argotour» turizm şirkətinə gəliblər. Polis əməkdaşları bildirib ki, bu qeyd olunan şirkətlə bağlı ilk şikayət deyil. Hələ ötən ilin sentyabrında da analoji şikayət daxil olub. Bununla bağlı hal hazırda araşdırma aparılır.
Qeyd edək ki, «Argotour» turizm şirkətinin rəhbəri Gürcüstan vətəndaşı olan Quliko Tsersvadzedir. Şirkətin aldatmağa çalışdığı Xanna Aliomarova isə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Əli Ömərovun qaynanasıdır. Zümrüd Ömərova isə Əli Ömərovun həyat yoldaşıdır.
P.S. Əməkdaşımız hadisə yerində olan zaman zərərçəkmişlərdən biri, Vergi Xidməti əməkdaşının uniformasında olan başqa bir xanım da bildirdi ki, 20 gün bundan əvvəl o da şirkətə 2000 manat pul verib. Ki, şirkətin göstərdiyi xidmət sayəsində xarici ölkəyə gedə bilsin. Lakin bu günə qədər nə pulu, nə də sənədləri geri qaytarılır. Xanımın son sözü oldu ki, işlədiyi orqandan rəsmi icazə alsa da, indiyə qədər xaricə uça bilməyib və pis vəziyyətdə qalıb.
P.P.S. Yazıda adı çəkilən şirkətin bu və ya digər formada fırıldaqlarına məruz qalan oxucularımızdan və vətəndaşlarımızdan xahiş edirik ki, bizə müraciət etsinlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər