Ölkə qan çanağına dönüb
17-01-2013, 10:50
Oxunub: 5 186
Mərdəkanlı usta özünü asdı, Bakı-Qazax yolunda isə sərnişin avtobusu aşdı, ölən və yaralananlar var
Bakının Xəzər rayonun Mərdəkan qəsəbəsində ustanın asılmış cəsədi tapılıb. Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, hadisə R.Cəfərov küçəsi 8 saylı evdə baş verib. Belə ki, Aslan Atabala oğlu Aslanova məxsus evdə usta işləyən Nadir Mərif oğlu Cəfərovun asılmış meyidi tapılıb.
Onun kəndirlə evin ikinci mərtəbəsində asılmış vəziyyətdə tapan kimi hadisə yerinə hüquq-mühafizə orqanalrı çağrılıb. İlkin araşdırmalar zamanı onun intehar etdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.
****
Bakı-Qazax yolunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 9:00 radələrində Kürdəmir rayonu ərazisində qeydə alınıb. Bakı şəhərində yaşayan Ağdam sakini, 1955-ci il təvəllüdlü Səlimov İbrahim Dadaş oğlunun idarə etdiyi “Ford Tranzit” markalı sərnişin mikroavtobusu yüksək sürətlə hərəkətdə olarkən qəflətən onun qarşısına digər avtomobil çıxıb.
Sürücü qarşıdakı avtomobillə toqquşaraq qəza törətməmək üçün öz avtomobilini yolun kənarına çəkib və idarəetməni itirərək yoldan çıxaraq aşırıb. Hadisə nəticəsində sürücü İbrahim Səlimov, eləcə də Ağdam rayon sakinləri olan sərnişinləri-1956-cı il təvəllüdlü Zeynalova Rəhilə Ubuş qızı, 1954-cü il təvəllüdlü Süleymanova İlduzə Ənvər qızı və onun 8 yaşlı nəvəsi Quliyev Mahir Vaqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər