Doğum evinin "1 nömrə"li cinayətləri
17-01-2013, 14:20
Oxunub: 9 060
M.Hacıqasımov adına doğum evində körpələr necə öldürülür?
Bakıda M.Hacıqasımov adına 1 saylı doğum evində həkimlərin şəriştəsizliyi ucbatından körpələr öldürülür. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, elə bu yaxınlarda sözü gedən doğum evində qəssab həkimlər tərəfindən növbəti körpə "qətli" baş verib. Lakin həkimlər bunu ört-basdır etməyə müvəffəq olublar. Məsələ ilə bağlı mənbənin bildirdiklərinə görə, ötən ilin 15-16-na keçən gecə M.Hacıqasımov adına 1 saylı doğum evinə Ülkər Kərimova adlı hamilə xanım müraciət edib. Həkimlər isə öz növbəsində doğuşu qəbul ediblər. Ancaq necə? Yeni dünyaya göz açmış körpəni həkimlər səfən infeksiya vasitəsilə öldürüblər. Ananın iradlarından sonra məsələyə sözü gedən doğum evinin baş həkimi Cəmilə xanım qarışıb. Amma bu da bir fayda verməyib. Çünki doğuşu qəbul edən Aytən Güləhmədzadə və USM həkimi Leyla Zeynalova elə bir rəy veriblər ki, bundan heç səhiyyə naziri Oqtay Şirəliyevin də baş açması mümkün deyil. Rəyə görə, guya Ülkər Kərimova doğum evinə gətirildiyi zaman onun ana bətnindəki körpə ölü olub. Elə bu səbəbdən də adları çəkilən həkimlər körpəni öldürməklə ananı xilas etmək qərarına gəliblər. Amma ananın iddialarına görə, o körpəni 3 kq çəkidə dünyaya normal gətirib və bir neçə gün keçdikdən sonra körpənin öldüyü xəbəri ona bildirilib.
"AzeriNews.org"a mənbənin bundan əlavə bildirdiklərinə görə, sözü gedən doğum evində analoji hallar dəfələrlə baş verib. Sözün əsl mənasında 1 saylı doğum evində elə "1 nömrə"li cinayətlər baş verməkdədir. Həkimlərin cinayətlərinə görə, onlara gözün-üstə qaşın var deyən tapılmır. Hətta məlumatlarda o da qeyd olunur ki, doğum evində az yaşlı anaların qeyri-qanuni abort əməliyyatı həyata keçirilir ki, bu da sonda acı nəticələrlə gətirib çıxarır. Çünki birinci hamiləlik dövrü olan ananın abortu, xüsusilə də yetkinlik yaşına çatmamış ananın abortu onun gələcəkdə dünyaya körpə gətirməsini şübhə altına qoyur. Amma həkimlər gələcəkdə bunun hansı fəsadlar törədəcək fərqində deyillər. Onları yalnız pul maraqlandırır.
Qeyd edək ki, qeyri-qanuni abort əməliyyatının aparılması, xüsusilə də yetkinlik yaşına çatmayan şəxslərin abortu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyəti daşıyır. Ölüm faktlarına gəlincə isə biz ümid edirik ki, bununla hüquq-mühafizə orqanları məşğul olacaq.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər