Diqqət! Yeməkdən sonra bunları etməyin...
2-03-2011, 09:30
Oxunub: 7 564

Sağlam olmaq üçün bu şərtlərə əməl etmək lazımdır.
Düzgün qidalanmaq insan orqanizminin sağlamlığı üçün vacib şərtlərdən biridir. Bolgexeber.com xəbər portalı bildirir ki, yemək yeyəndən sonra həkimlər bunları etməməyi məsləhət bilirlər:
1. Yeməkdən dərhal sonra siqaret çəkməyin. Mütəxəssislər bildirirlər ki, yeməkdən sonra çəkilən 1 siqaret 10 siqaretin verdiyi ziyanı verir. Bu isə xərçəng riskini artırır.
2. Meyvə yeməyin. Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur. Meyvənin yeməkdən 1 saat öncə və ya elə hamin müddət sonra yeyilməsi orqanizm üçün faydalıdır.
3. Yeməkdən sonra çay içmək bizdə ənənə halını alıb. Araşdırmalar göstərir ki, çayı yeməkdən 30-60 dəqiqə sonra içmək sağlamlığa fayda verə bilər. Çay yarpaqlarında yüksək miqdarda turşu olduğu üçün qidada olan proteinlərin mənimsənilməsini çətinləşdirir. Vitaminlərin orqanizm üçün faydalılığını azaldır.
4. Yeməkdən sonra belin kəmərlə sıxılması bağırsaq düyünlənməsinə səbəb ola bilər.
5. Yeməkdən dərhal sonra gəzintiyə çıxmaq, idmanla məşğul olmaq vitaminlərin orqanizm tərəfindən tam sorulmasını əngəlləyir. Yaxşı olar ki, gəzməyə yeməkdən 1-2 saat sonra çıxasınız.
6. Yeməkdən sonra duş qəbul etməyin. Çünki çimən zaman orqanizmdə qan dövranı sürətlənir. Bu isə mədəyə gedən qanın azalmasına səbəb olur. Mədəyə qanın az getməsi isə həzm prosesini zəiflədər.
7. Yeməkdən dərhal sonra yatmaq olmaz. Bu zaman həzm prosesi çətinləşir, bağırsaqlarda və mədədə problemlər yaranır. Həzmdə yaranan problemlər çəki artımı ilə nəticələnər ki, bu da arzuolunmazdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər