BolgeXeber.Com » Sosial » Bakıda məktəbli bıçaqlandı

Bakıda məktəbli bıçaqlandı

23-01-2013, 09:30
Oxunub: 4 743
Bakının Nizami rayonu 8-ci kilometr qəsəbəsində qanlı hadisə baş verib.

Əli Vəliyev küçəsində qeydə alınan hadisə zamanı 17 yaşlı Fərhadov Əli Müşfiq oğlu yaşadıqları evin yaxınlığında naməlum şəraitdə bıçaqlanıb. Yaralı hadisədən sonra təcili olaraq 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Əli Fərhadovun üzərində cərrahi əməliyyat aparılıb. Hazırda yaralı müalicəsini xəstəxanada davam etdirir.

Hadisə barədə araşdırmalar isə Nizami raoyon polis idarəsinin 25-ci polis bölməsində aparılır. Əli Fərhadovun kim tərəifndən və hansı məqsədlə bıçaqlandığı araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, hadisə zamanı yaralanan Əli Fərhadov orta məktəb şagirdidir. O, elə Nizami rayonunda yerləşən 238 saylı orta ümumtəhsil məktəbinin 10-cu sinifində təhsil alır.