“MyFon”dan fırıldaq
26-01-2013, 15:20
Oxunub: 5 446
Aci.az saytı adıkeçən şirkətlə birlikdə “Azercell”lə əlbir olun insanların şəxsi həyatı ilə oynayırlar
Azərbaycanda son dövrlər peyda olan tanışlıq saytları yağışdan sonrakı göbələyə çevrilib. Elə bu səbəbdəndir ki, təyinatlarından kənar fəaliyyət göstərən bu saytlar daha çox insanları şərləmək, onların razılığı olmadan şəxsi məlumatları yaymaq və onları şərləməklə məşğuldur. Bolgexeber.com-a verilən məlumata görə, hal hazırda fəaliyyət göstərən belə saytlardan biri də aci.az-dır.
Həmin sayt “MyFon” şirkəti ilə müqavilə bağlayaraq, onlarla birlikdə daha çox pul qazanmağa çalışsa da, özünün fəaliyyəti ilə insanların şəxsi həyatlarına müdaxilə edir. Belə ki, aci.az saytı heç bir dəqiqləşdirmə aparmadan insanların şəxsi mobil nömrələrini sayta yerləşdirir. Xüsusən də xanımların başına bu şəkildə oyun açırlar. Nəticədə, hansısa bir şəxsin qərəzlə verdiyi telefon nömrəsini sayta yerləşdirməklə onların ailələrində problem yaradırlar.
Elə bu səbəbdəndir ki, artıq xeyli sayda problemlər meydana çıxmağa başlayıb. Hətta bununla əlaqədar bizə də xeyli müraciətlər daxil olmaqdadır. Aci.az saytından şikayətçi olanlar bildirirlər ki, baş verənlərdən beziblər. Hətta şikayət etsələr belə yenə də onların dediklərinə baxmırlar.
Maraqlı məqamlardan biri də odur ki, istər aci.az, istərsə də “MyFon” şirkəti “Azercell”lə müqavilə bağlayaraq, bu yolla fırıldaqla məşğuldur. Belə ki, əvvəlcə istənilən adamın şəxsi mobil nömərsini sayta yerləşdirirlər. Daha sonra isə həmin şəxsin haqqında məlumatları oradan çıxarmaq üçün onlara kontur yükləmək tələb olunur. Hər nömrəni silmək üçün 2 manatlıq kontur göndərməsi tələb olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər