Avtomobilin nömrəsinin üstündən Azərbaycan bayrağı silindi
30-01-2013, 12:30
Oxunub: 5 615
Kamran Əliyev: “Bu qanun pozuntusudur, həmin sürücü cərimələnəcək”
Bakıda sürücü avtomobilinin nömrəsinin üstündəki Azərbaycan bayrağını pozub. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Gün.Az-a açıqlamasında bildirib ki, sürücünün bu hərəkəti İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsinə görə qanun pozuntusudur.
Həmin maddəyə görə sürücü standarta uyğun olmayan dövlət nömrə nişanlı avtomobil sürdüyü üçün 4 bal və 60 manat miqdarında cərimələnəcək. “Ümumiyyətlə qanunvericiliyin tələblərinə uyğun olaraq sürücülər avtomobillərinə standartlara uyğun dövlət nömrə nişanı vurmalıdır. Həmin nişanların üstünü pozmaq, dəyişdirmək olmaz. Bu qanunun pozulması deməkdir”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiVaqif Əsədov da məsələyə münasibət bildirib ki, həmin avtomobil yol polisi əməkdaşları tərəfindən yolda müşahidə edildikdə saxlanılacaq və istismardan çıxarılacaq.
Həmin sürücü avtomobilə qanunun tələblərinə uyğun dövlət nömrə nişanı vurduqdan sonra yenidən istismara çıxa bilər.
İnzibati Xətalar Məcəlləsi, 155.3. “Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə - qırx manatdan altmış manatadək miqdarda cərimə edilir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər