BolgeXeber.Com » Sosial » Əkrəm Əylislinin romanı Bakıda dəfn olundu (FOTO)

Əkrəm Əylislinin romanı Bakıda dəfn olundu (FOTO)

1-02-2013, 18:10
Oxunub: 5 881 Bakının Xətai rayonunda xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə etiraz olaraq növbəti etiraz aksiyası keçirilib.

Rayon Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, bir qrup gənc metronun “Xətai” stansiyasının yaxınlığındakı “Xocalı” abidəsinin önündə toplaşıb.
APA-nın məlumatına görə, aksiyaçılar üzərinə “Daş yuxular” yazılmış simvolik kitabı üstünə xaç işarələri çəkilmiş tabuta qoyaraq, rəmzi dəfn mərasimi keçiriblər.Dəfn mərasimi klarnetdə ifa olunan musiqinin sədaları altında keçirilib.