Polis niyə pritonları bağlaya bilmir?
30-07-2010, 17:05
Oxunub: 9 493

Azərbaycanın vacib sənaye-mədən rayonlarından biri sayılan Daşkəsən rayonunda, həm də fühuş sahəsi çox yüksək dərəcədə inkişaf edir.
Maraqlıdır ki, aidiyyatı olan dövlət qurumları da bu məsələyə biganə yanaşır. Qeyd edək ki, 2 ay öncə, bu rayonda baş verən qanunsuz işlərlə əlaqədar araşdırma aparmışdıq və əldə etdiyimiz faktlarla bağlı, Daşkəsən Rayon Polis Şöbəsinə müraciət etmişdik. Polis şöbəsinin rəisi Arif müəllim bizi arxayın etmişdi ki, rayondakı pritonların hamısı nəzarətə götürüləcək, cinsi istismar və insan alveri halları bir daha müşahidə olunmayacaq.
Lakin, yaxın günlərdə “BolgeXeber.Com” saytına daxil olan məlumata görə, aid qurumlar tərəfindən heç bir tədbir görülməyib, əksinə, həmin rayonda fəaliyyət göstərən pritonlar daha açıq və arxayın şəkildə öz bizneslərini davam etdirir. Bu məlumatla əlaqədar olaraq, bölgəyə əməkdaşımızı ezam etdik. Əməkdaşımızın əldə etdiyi məlumata görə isə, rayondakı qanunsuz hallar qətiyyən bir qanuni dəyərləndirmə almayıb. Sakinlərin ifadələrinə görə isə, polisin nəzarəti əsasən himayədən ibarətdir.
Əməkdaşımız Daşkəsən-Gəncə yolu arasında bir neçə priton aşkarlayıb.Bayan kəndi və onun ətrafında 3 fühuş ocağı fəaliyyət göstərir. Onların rəhbərliyi isə, heç nədən qorxmurmuş kimi, əməkdaşımıza qarşı soyuq və laqeyd münasibət göstərmişdir. Sanki, onların hər hansı bir qanunsuz fəaliyyəti yox imiş. Sahiblərin adlarını öyrənə bilmədik. Onlardan yalnız bir pritonda, Qərənfil adlı bir xanım özünü oranın sahibəsi kimi təqdim edib.
Əməkdaşımız polis qurumları ilə əlaqə saxlamağa çalışdı. Arif müəllimin məzuniyyətdə olduğunu öyrəndikdə, onun müavini Azad müəllimlə əlaqə saxlamaq mümkün olsa da, həmin şəxs məsələyə aydınlıq gətirmək əvəzinə, əməkdaşımızla danışmaqdan imtina edib. Bu isə, rayondakı polis orqanlarının qanundan kənar olan hallara qarşı laqeyd münasibət göstərməsinə dəlalət edir. Daşkəsən rayonundakı əməkdaşımızın faktlarla bağlı araşdırması davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər