BolgeXeber.Com » Sosial » “Kollec əməliyyatı”nda saxlananlara 3 ay həbs

“Kollec əməliyyatı”nda saxlananlara 3 ay həbs

9-02-2013, 11:20
Oxunub: 5 060 Anti-korrupsiya əməliyyatında göz altına alınan 4 nəfərə cinayət işi açıldı

Fevralın 7-də Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı barədə məlumat vermişdik. Orada deyilirdi ki, Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları qəfildən kollecə gələrək, bütün çıxışları bağlamış, müəllim və tələbə heyətinə kollecin binasını tərk etməyə imkan verməyib. Kollecin direktoru olan Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov, bir də direktorun şoferi göz altına alınaraq, adıçəkilən idarəyə aparılıb.
Ötən gün onlara qarşı ittiham irəli sürülüb və dördünə də məhkəmə hökmü ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə Musavat.com-u prokurorluqdakı mənbələr məlumatlandırıb. O da məlum olub ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlanan şəxslərə qarşı xüsusi əməliyyat keçiriblər, onların əllərində rüşvət üçün verilən pullar tutulub. Üstəlik, proses texnikanın imkanlarından yararlanmaqa, mötəbər sübutlar yaradılaraq, aparılıb.
Məlumata o da bildirilir ki, fevralın 8-də Təhsil Nazirliyində bu hadisə ilə bağlı xüsusi toplantı keçirilib.