Razim Məmmədovun da vaxtı yetişdi
15-02-2013, 12:25
Oxunub: 5 413
Nazirlərdən birinin qohumu olan başçı da özünü hədəfə çevirib
«Dörd rayonun icra başçısı ilə bağlı yuxarı instansiyalara ciddi siqnal daxil olub. Onların fəaliyyətləri nəzarətə götürülüb. Hətta onların arasında nüfuzlu nazirlərdən birinin yaxın qohumu da var. Vəziyyət o qədər ciddidir ki, həbs qərarı da verilə bilər». Bu şok məlumatı redaksiyamıza verən hökumət içindəki etibarlı mənbəmiz onu da vurğuladı ki, prezidentin sonuncu müşavirədəki çıxışının heç də boşuna söylənməyən fikirlər olduğunun sübuta yetirilməsi yönündə çox ciddi qərarlar veriləcək, səs-küylü addımlar atılacaq.
İsmayıllının icra başçısının vəzifəsindən alınmasını bu qəbildən hesab edən mənbə dia.az-a söylədi ki, hazırda 4 rayonun icra başçısının fəaliyyəti ciddi şəkildə araşdırılır. Ola bilsin ki, bu həftələrdə onlarla da bağlı qərar verilsin: «Həmin şəxslərdən biri Bakının Xətai rayonunun icra başçısı Razim Məmmədovdur. Digərinin isə nazir qohumu var və himayə altındadır. Yerdə qalan iki icra başçısından biri isə vəzifəsində yenidir».
Mənbəmiz əlavə etdi ki, hakimiyyət prezident seçkilərinə qədər buk imi addımlarını intensiv edəcək…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər