BolgeXeber.Com » Sosial » İcra başçısı şikayətçiləri ələ saldı

İcra başçısı şikayətçiləri ələ saldı

16-02-2013, 10:55
Oxunub: 4 860 Cəbrayılın rəhbəri Mahmud Quliyev sakinlərin yazdıqları məktubları cıraraq, onların başına səpib

Cəbrayılın icra başçısı Mahmud Quliyev ona şikayət edən kəndliləri ələ salmaqla yanaşı, həm də onlara sayğısızlıq edib. Rayonun icra başçısı camaatla görüşərkən elə bir addım atıb ki, hamı bu hadisədən şoka düşhüb.
Belə ki, Mahmud Quliyev ötən günlərdə ona şikayət edən rayon sakinlərinin məktublarını görüb, narazılıq edib. Ona məktub vermək istəyən kəndlinin yanında isə cibindən bir dəstə şikayətçi məktubları çıxarıb. Sonra da uca səslə deyib: «Qələm-kağızınıza heyfiniz gəlmir? Siz bir ucdan yazırsın, mən də bir ucdan cırıb atıram».
Bunun ardından isə hamının gözünün qarşısında cibindən çıxardığı şikayət məktublarını cıraraq, oradakı insanların başına səpib.
Məlumata görə, bu hadisədən sonra cəbrayıllılar icra başçısı Mahmud Quliyevdən onlara kömək olmayacağını görərək, məsələni dövlətin daha ali qurumları qarşısında qaldırmaq qərarına gəliblər.
TİA.AZ